mobil versiya

“Avropanın Rəngləri” adlı sərgi keçiriləcək



Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Gənc Avropa Səfirləri ilə birlikdə “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində ikinci sərgi təşkil edir. 
“Avropanın Rəngləri” adlı sərgi Azərbaycanın yaradıcı qadınlarına Avropa və Avropa dəyərləri mövzusundakı əsərlərini nümayiş etdirmək imkanı verir.
Sərgidən əvvəl azərbaycanlı qadın rəssamların öz əsərlərini təqdim etmələri üçün açıq dəvət elan olunmuş və əsərləri heç zaman sərgilənməyən rəssamlara üstünlük verilmişdir.
Aİ-nin Səfiri Peter Mixalko deyib ki, bu tədbir təkcə incəsənət və yaradıcılıq barədə deyil, məqsəd qadınların səlahiyyətlərini artırmaq, bacarıqlarını inkişaf etdirmək və daha inklüziv mədəniyyət səhnəsi yaratmaqdır: "İncəsənət insanları bir araya gətirən unikal metoddur və bugünkü sərgi bunun mükəmməl nümunəsidir. Ağsu, Bakı, Gəncə, Zaqatala və Şəkidən olan müxtəlif sənət əsərləri Azərbaycanın zəngin mədəniyyət tarixini əks etdirir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də Avropa İttifaqı ilə Azərbaycan arasındakı güclü tərəfdaşlığın bir hissəsi olaraq əhəmiyyətlidir”.
“Avropanın Rəngləri” sərgisi 20-24 dekabr tarixlərində saat 12.00-18.00-da İçərişəhər, Firdovsi küçəsi 14 ünvanında yerləşən Mədinə Qalereyasında açıq olacaq. Sərgilərdən başqa, rəssamların iş başında izlənməsi vorkşopları və şəhər turları təşkil olunacaq. Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin https://www.facebook.com/EUDelegationtoAzerbaijan/ Facebook səhifəsindən son məlumatları əldə etmək olar.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 20-12-2023, 11:41