mobil versiya

Sumqayıtda fabrikdə 19 nəfər zəhərlənib




Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub.

Hadisə tekstil fabrikində baş verib.

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

TƏBİB-dən bildirilib ki, aprelin 21-də saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.
Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.(apa)

KARUSEL / HADİSƏ
Tarix: 21-04-2025, 17:13