NATO İsveçdə logistika bazası yaradacaq

İsveç hökuməti bildirib ki, Şimali Avropada qoşunların hərəkəti üçün Stokholmun şimal-qərbindəki Enkopinq şəhərində NATO-nun logistika qərargahına ev sahibliyi edəcək.
"NATO-nun İsveçdə olması bizim təhlükəsizliyimizi və çəkindirmə gücümüzü gücləndirir. Logistika mərkəzi NATO-nun şimal cinahının müdafiəsinə yardım edir", - müdafiə naziri Pal Jonson deyib.
Hökumətin məlumatına görə, sülh dövründə bazanın 70-ə yaxın şəxsi heyəti olacaq.
Hökümətin bəyanatında deyilir: “Həyalə hazırlığı və son nəticədə müharibə vəziyyətində qərargah 160 personala qədər genişlənə biləcək”.
Silahlı qüvvələrə bazanın 2027-ci ilin sonuna kimi fəaliyyətə başlaması üçün hazırlıq işləri görmək və yaratmaq tapşırılıb.
Jonson ictimai yayımçı SVT-yə bildirib ki, mərkəzdəki iş yanacaq, sursat və ehtiyat hissələri kimi müxtəlif ləvazimatların daşınmasını əhatə edəcək.
Məqsəd İsveç ərazisi boyunca böyük miqdarda avadanlıq və personalı daşıya bilməkdir.
Skandinaviya ölkəsi iki əsrlik hərbi birləşmədən imtina etdi və Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya üzvlük üçün müraciət etdi və 2024-cü ilin martında onun 32-ci üzvü oldu.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:17