NATO-nun Çevik Reaksiya Qüvvələrinə Almaniya rəhbərlik edəcək
Gələn il yanvarın 1-dən Almaniya NATO-nun Çevik Reaksiya Qüvvələrinə rəhbərlik edəcək və minlərlə hərbçini bir neçə gün ərzində döyüşə hazır vəziyyətə gətirəcək.
“Report” xəbər verir ki, bu barədə alyansın Mətbuat Xidməti məlumat yayıb.
“Almaniya mühüm müttəfiqdir və biz Almaniyaya 2023-cü ildə VJTF (Yüksək Hazırlıq Birgə İşçi Qrupu) rəhbərlik edəcəyinə görə təşəkkür edirik”, - NATO sözçüsü Oana Lunqesku bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı qeyri-qanuni müharibəsi Avropada sülh və təhlükəsizliyi təhdid etməkdə davam edir və NATO-nun müttəfiqlərin ərazilərinin hər bir hissəsini müdafiə etmək və qorumaq əzmində heç bir şübhə olmamalıdır.
Qeyd edək ki, VJTF - NATO-nun ilk reaksiya qüvvəsi və alyansın kollektiv müdafiəsinin əsas hissəsidir.
KARUSEL / DÜNYA
Tarix: 28-12-2022, 17:41