mobil versiya

İsveç rəsmi olaraq NATO-nun üzvü olacaq



İsveç martın 11-də rəsmi olaraq NATO-nun üzvü olacaq.
Bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, Alyansın Brüsseldəki qərargahında İsveçin bayrağı qaldırılacaq.
Tədbirdə İsveçin Baş naziri Ulf Kristersson, Ali Baş Komandan Mikael Büden, aparıcı siyasətçilər, eləcə də NATO ölkələrindən səfirlərin iştirakı gözlənilir. Mərasim çərçivəsində mətbuat konfransının keçirilməsi gözlənilir.
Qeyd edək ki, İsveç 2022-ci ilin mayında NATO-ya üzvlük üçün müraciət edib. Rəsmi Ankara Stokholmun üzvlüyünü 2024-cü ilin yanvarında təsdiqləyib. İsveç NATO-ya üzv olan 32-ci ölkə olacaq.

KARUSEL / DÜNYA
Tarix: 6-03-2024, 15:28