Prezidentin köməkçisi Pakistan səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın ölkəmizdəki səfiri Qasım Mohiuddin ilə görüşüb.
Qasım Mohiuddin bu barədə "X" sosial platformada paylaşım edib.
Səfir Prezidentin köməkçisini Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh sazişi və regional əlaqələrdə müsbət irəliləyişlər münasibətilə təbrik edib.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 14:50