"Qarabağ"ın keçmiş qapıçısı PAOK-a keçib

Reportyor.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
25 yaşlı qolkiperlə bağlanan müqavilənin detalları açıqlanmayıb.
O, son olaraq ölkənin digər təmsilçisi "Panserraikos"da oynayıb.
Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək "Qarabağ"da çıxış edib.
KARUSEL / İDMAN
Tarix: 27-06-2025, 10:07