mobil versiya

Səudiyyə Ərəbistanının baş müftisi vəfat edib



Kral Məhkəməsi bu gün Səudiyyə Ərəbistanının baş müftisi Şeyx Əbdüləziz bin Abdullah bin Məhəmməd Əl-Şeyxin vəfat etdiyini elan edib.

Krallığın yerli mediası xəbər verir ki, o, eyni zamanda Böyük Alimlər Şurasının, Elmi Tədqiqatlar və İfta Baş Rəyasət Heyətinin və Müsəlman Dünyası Liqasının Ali Şurasının rəhbəri vəzifələrində çalışıb. 

Onun üçün bu gün əsr namazından sonra Ər-Riyaddakı İmam Türki bin Abdullah məscidində cənazə namazı qılınacaq. 
İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləziz Al Səud qiyabi cənazə namazının Məkkədəki Məscidül-həramda, Mədinədəki Peyğəmbər məscidində və Krallığın bütün məscidlərində qılınmasını əmr edib. 

Kral Məhkəməsi bəyan edib ki, onun vəfatı ilə Krallıq və İslam dünyası İslama və müsəlmanlara xidmətə mühüm töhfələr vermiş görkəmli bir alimi itirib. 
İki Müqəddəs Ocağın Xadimi və Vəliəhd Şahzadə və Baş Nazir Əlahəzrət Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ailəsinə, Səudiyyə xalqına və İslam dünyasına başsağlığı verib.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:52