Kral Abdullah Qəzzada müharibənin dayandırılmasını müzakirə etmək üçün Ərdoğanla görüşüb

Əlahəzrət Kral II Abdullah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşərək hərtərəfli regional atəşkəsə nail olmaq və Qəzzada müharibəyə son qoymaq üçün səylərin əlaqələndirilməsini müzakirə edib.
Nyu-Yorkda keçirilən sülh yolu ilə nizamlanma və iki dövlətli həllin həyata keçirilməsi üzrə Beynəlxalq Konfrans çərçivəsində keçirilən görüşdə əlahəzrət İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatın dayandırılması və humanitar yardımın bütün bölgələrə çatdırılmasının təmin edilməsinin vacibliyini vurğulayıb.
Kral həmçinin Qüdsdə islam və xristianların müqəddəs yerlərinə hücumların dayandırılmasında beynəlxalq ictimaiyyətin rolunun vacibliyini qeyd edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:03