Qida ilə təmasda olan plastik qabların istehsalında bəzi kimyəvi maddələrin istifadəsi qadağandır

2025-ci il avqustun 20-dən qüvvəyə minən “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları”na əsasən, istehsalçı və idxalçı müəssisələr qida ilə təmasda olan bütün material və məmulatların yeni təsdiq edilmiş sanitariya norma və qaydalarına tam uyğunluğunu təmin etməlidirlər.
AQTA təqdim edir:
• Plastik qablar, örtüklər və yapışqanlar hazırlanarkən bəzi zərərli kimyəvi maddələrin istifadəsi qadağandır, çünki onlar qidaya keçə və sağlamlığa mənfi təsir göstərə bilər. Digər bəzi reaktiv maddələr üçün isə müəyyən edilmiş maksimum hədlərə ciddi əməl edilməlidir.
• Pərakəndə satış zamanı bütün məlumatlar istehlakçılar üçün görünməlidir: məhsulun üzərində, qablaşdırmada, stikerdə və ya materialın yanında.
• Etiketlərdə məhsulun istifadəsi, təhlükəsiz istifadə təlimatları, istehsalçı və ya emal edən müəssisənin adı, ünvanı, əmtəə nişanı və aktiv komponentlərin adı və miqdarı göstərilməlidir.
Plastik materiallar qida məhsullarının qablaşdırılması və saxlanmasında geniş tətbiq olunur. Lakin, bu materialların istehsalı və istifadəsi zamanı insan sağlamlığına potensial təhlükələr yarada biləcək kimyəvi maddələrin mövcudluğu nəzərə alınmalıdır.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:24