Daşkəsən dəmir filizi layihəsinə 1,2 milyard dollarlıq investisiya nəzərdə tutulur

Bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində təşkil edilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bu amillər öz növbəsində, əlavə dəyər qazandıran məhsulların istehsalı zərurətini ortaya çıxarır:
"Bütün bunları nəzərə alaraq, layihənin effektiv icrasını təmin etmək məqsədilə beynəlxalq nüfuzlu məsləhətçi şirkətlərin iştirakı ilə optimal texnoloji həll yolu müəyyən edildi. Bu yanaşma, üç mərhələli istehsal zəncirini - 67% dəmir tərkibli daha keyfiyyətli konsentratın, pellet və isti briketlənmiş dəmirin (İBD) istehsalını əhatə edir".
"Sözügedən dəyər zəncirinin qurulması üçün tələb olunan təqribi investisiya həcmi 1,2 milyard ABŞ dolları təşkil edir", - Zakir İbrahimov qeyd edib.(trend)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:42