mobil versiya

Alina Kabayevanın “Nebesnaya qratsiya” akademiyasının idmançıları III MDB Oyunlarında iştirak edəcək



Bədii gimnastika üzrə Olimpiya çempionu Alina Kabayevanın “Nebesnaya qratsiya” akademiyasının idmançıları III MDB Oyunlarında iştirak edəcəklər.

Bədii gimnastikaya həsr olunmuş dünyanın yeganə çoxformatlı məkanının rusiyalı gimnastları Şəki şəhərindəki Olimpiya İdman Kompleksinin arenasında öz bacarıqlarını nümayiş etdirəcəklər.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.

Reportyor.az 
KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:48