mobil versiya

Mərakeş səfiri Azərbaycan Milli Kitabxanasında olub



Mərakeş Krallığının Azərbaycandakı səfiri cənab Məhəmməd Adil Embarş və səfirin iqtisadi məsələlər üzrə müşaviri Fatinə El Fakih Azərbaycan Milli Kitabxanasının qonağı olub

Bu barədə kitabxanadan məlumat verilib.


Qonaqları Milli Kitabxananın direktoru, professor Kərim Tahirovla görüşüb. O, Mərakeş Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanasının əlaqələrindən bəhs edərək, kitabxanalar arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun 2 oktyabrda XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində imzalanacağını, həmçinin Azərbaycan Milli Kitabxanasında "Mərakeş ədəbiyyatı guşə"sinin açılacağını söyləyib. 

Əməkdaşlıq memorandumunun imzalanmasının müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı əlaqələrin daha da genişlənməsinə, qarşılıqlı tədbirlərin, kitab sərgilərinin təşkilinə, kitab və informasiya mübadiləsinə zəmin yaradacağını bildirib. Azərbaycan Milli Kitabxanası ilə yaxından tanış olan qonaqlar kitabxananı çox bəyəndiklərini deyib.


Sonra direktor prof. Kərim Tahirov qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, “Salam Azərbaycan” kitabını və Azərbaycanın xəritəsini hədiyyə edib.

Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Adil Embarş isə Mərakeşin mətbəxinə aid “Таджин, кус-кус и другие марокканские удовольствия» kitabını Milli Kitabxananın fonduna hədiyyə edib.

Reportyor.az



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 25-09-2025, 15:08