mobil versiya

Bakıda uşaqlar üçün kosmos haqqında uşaq planetarium filminin nümayişi olacaq


Polşanın ölkəmizdəki Səfirliyi uşaqlar üçün təhsil tədbiri - kosmos haqqında uşaq planetarium filminin (tam günbəz) nümayişini və mini-elmi seminar təşkil edəcək.

Tədbir Polşa səfirliyi tərəfindən Polşadakı Sileziya Planetariumu və Bakıdakı Tusi-Bom Planetariumunun əməkdaşlığı ilə keçirilir.

Polşa istehsalı olan "Kosmik Zoo" filmi heyvan bürclərinin astronomik sirlərini açır və kosmos elminin unikal birləşməsidir, gözəl şəkillər və hər şeydən əvvəl bütün ailə üçün böyük əyləncədir!

Tədbir 4-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

Tədbir Bakıda Tusi Bohm Planetarium - Bakıda "Park Bulvar" ticarət mərkəzində ( 3 oktyabr 2025-ci il, 15:00 - 16:45-də, Neftçilər prospekti, 42), 4-cü mərtəbədə (lift və ya eskalatorla çıxmaq olar) təşkil olunacaq.

Film və seminarlar ingilis dilində olacaq.

Reportyor.az 


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 2-10-2025, 14:10