mobil versiya

Ermənistan Kəlbəcərdəki bugünkü təxribatlar zamanı itkilərini AÇIQLADI




Ermənistan Müdafiə Nazirliyi bu gün sərhəddəki təxribatlarla bağlı məlumat yayıb.

REPORTYOR.AZ "Oxu.az"a istinadən xəbər verir ki, məlumata görə, Ermənistan tərəfindən bir nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Yaralılardan altısının vəziyyəti ağır, daha ikisinin vəziyyəti orta və yüngüldür.

Hərbi idarə bu gün həlak olan əsgərin adını da açıqlayıb. Bu, 19 yaşlı sıravi Vaqe Vaqarşakoviç Manaseryandır.


MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 10-12-2021, 20:00