mobil versiya

Xankəndi şəhər poliklinikası TƏBİB-in balansına verildi



Bir sıra KİV-də Xankəndi şəhər poliklinikasının Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) balansına verilməsi ilə bağlı məlumat yayılıb.
Yaxın günlərdə inventarlaşdırma işlərinə başlanılacaq.
Məsələ ilə bağl TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Xankəndi şəhərində digər həyati vacib sahələr kimi, tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
"01.10.2023-cü il tarixindən etibarən Xankəndi şəhərində ambulator poliklinika, tam heyətlə, eləcə də, tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub", - deyə əlavə edilib.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 9-10-2023, 18:11