mobil versiya

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərin uçuşu qatı duman səbəbindən gecikir



“Azərbaycan Hava Yolları”nın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərinin uçuşu Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir. Gecikən reyslərin sərnişinlərinə aviaşirkətin çağrı mərkəzi tərəfindən məlumat verilir.


"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib ki, sözügedən reyslər Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək.
Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri lazımi vasitələrlə təmin olunacaqlar.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

KARUSEL / ÖLKƏ
Tarix: 30-12-2024, 10:43