AZAL-dan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçan sərnişinlərə tövsiyə

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.
Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla bu linkə keçid alaraq tanış ola bilərsiniz: https://youtu.be/9PiPTkNkBSU.
Əlavə suallar yarandığı təqdirdə sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
KARUSEL / ÖLKƏ
Tarix: 2-02-2024, 17:52