mobil versiya

AZAL Naxçıvana uçan sərnişinlərə müraciət edib –"Bileti 3 gün əvvəldən alın"



AZAL Naxçıvana uçan sərnişinlərə müraciət edib.
Azpost.info bildirir ki, aviaşirkət açıqlamasında bütün digər sərnişinlərdən səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviaşirkətin kassalarına uçuşdan üç və ya daha çox gün əvvəl yaxınlaşmağı xahiş edir. Aviabiletləri əvvəlcədən əldə etmək onlara mümkün narahatlığın qarşısını almağa kömək edəcək.
Açıqlamada qeyd olunur ki, mülki aviasiyanın işi də müəyyən plana uyğun təşkil olunur. Bu plana bir çox aspektlər, eləcə də uçuş cədvəli, təyyarələrin uçuşdan əvvəl hazırlanması, yekun yoxlamalar və digər məsələlər daxildir.
Sərnişinlər Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri onlayn qaydada aviaşirkətin rəsmi www.azal.az. saytından, AZAL-ın rəsmi kassalarından və ya [email protected] elektron ünvanı və +994(55) 204 65 54 vatsap nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət etməklə əldə edə bilərlər.
“Qeyd edək ki, respublikadaxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün isə 70 manat təşkil edir.
Bundan əlavə, 18 yaşınadək əlil uşaqlar, tələbələr, həmçinin I və II qrup əlillər üçün 10 manat güzəşt tətbiq edilir. Yalnız bu kateqoriyadan olan sərnişinlər aviabiletləri aviaşirkətin Bakı və Naxçıvan hava limanlarındakı rəsmi kassalarında əldə edə bilərlər. Həmin sərnişinlər biletləri alarkən müvafiq sənədləri təqdim etməlidirlər”.
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə hər gün 4 müntəzəm reys yerinə ən azı 12 reysin yerinə yetirilməsi nəzərdə tutulub.
KARUSEL / CƏMİYYƏT
Tarix: 5-07-2023, 20:55