mobil versiya

KADR 2


İctimai Tv, İsmayıl Ömərovun son sovet televiziya modeli, Qərbin siyasi mərkəzlərinin təzyiqi ilə yaranan bu Tv-ni İsmayıl Ömərov Sovet Tv məktəbinin təməlləri üzərində inşa edə biləcək ən təcrübəli sovet Tv jurnalisti idi.
AzTv-nin içində uzun illər "kolxoz və sənaye" sədrlərinin qorxulu yuxusu olan redaksiyaya rəhbərlik etmiş Ömərov fərqli bir Aztv yarada bildi,
İTV Aztv-dən fərqli olaraq kəndin deyil, şəhərin kəndləşən gecələrinin mavi işığı oldu.
Cəmil Quliyev Ömərovun Tv-ini Alışanovlaşdırdı, mühasibin qısası idi bu dönəm.
Tv anlayışı olmayan "pul kisəsi" Ömərova meydan oxudu və onun qurduğu fərqli Aztv-ni yenidən Aztv-ə döndərdi.
"Piylənmiş" Aztv-çi düşüncə İTV-ə axın etdikcə, İTV-nin içində fərqli bir qanad kimi formalaşan tv-çilər dövlətin məmur elitasına transformasiya etdi.
Bütöv bir tv düşüncə modelinə sahib olmayan məmləkətdə daha bir "alayarımçıqlar" yetişdi.
Bu gün Balaş Qasımovun rəhbərlik etdiyi bu kanal örnək olaraq ORT modelli rus Tv-inin kopyasını çəkir.
İllərlə rus tv oyun sektoru ilə əməkdaşlıq etmiş birisidir.
Kənd, rayon Tv-ini şəhər Tv-sinə döndərmək istəyindədir,
Görüntü, dizayn, təqdimetmə, hər şey yenilənib.
1812-ci ilin Rusiyasının qədərini xatırladım bu yerdə,
Fransızca danışan rus elitası rus kəndlisinə nifrət edir, amma onunla bərabər yaşamaq zorundadır,
“Ağ vorotniklər”inə donuzxanalarının iyi hopduqca o kəndlilərlə rusca danışmaq məcburiyətində qalır.
Və rus “mujiklər”inin Rusiyası başlayır.
Yenilənə bilinməyən nəzərdir, nəzərin nöqtəsidir deyərdim.
Ara-sıra məcburi rastlaşmalarım olur İTV ilə,
Dəyişib, qlamurlaşır, istehsal etdiyi isə dünəndir,
Dünəni istehsal edən fikirlə gələcəyin Tv-ini qurmağın ən ideal versiyası Ömərov modelli İTV idi, keçdi...
Rusiya Tv-si ilə 30 ildir ki, ayrıyıq. Onlarla bərabər yaşadığımızdan 30 il keçdi,
Onlar örnək deyil, örnəklərdən biridir.
Ölü bir səs kimi evlərin küncünə sığınmış Tv qutu artıq hər kəsin əlində olan telefonlar kimi canlı deyil, onu canlı bir tərəfə çevirmə ciddi konseptual baxış istər.
Xanış dayıların məcbur qaldıqları "məni göstərəcəklər" dünyası ilə,
Qızıl Bayquşu dünən paralel yaşadıq,
Bu gün "mən sizi niyə izləməliyəm" sualına cavabınız yoxdursa,
Gedin öz bacardığınız işlə məşğul olun, cənablar.


YAZARLAR
Baxılıb: 23 Tarix: 4-08-2019, 20:37


Şərh bildir
yenilə, əgər kod görünmürsə