Televiziyaların qəbirqazanı - YouTube
Stiven Şi Çen, Çad Meredit Herli və Caved Karim 2005-ci ildə “Broadcast Yourselfin (Özünüzü yayımlayın)” şüarı ilə yaratdıqları videoların saxlanılması və nümayişini təmin edəcək videohostinqin, yəni YouTube-nin ənənəvi televiziyaların qəbir qazanına çevriləcəyini çox güman ki, təsəvvür etmirdilər. Əgər təsəvvür etsəydilər Stiven Şi Çen və Çad Meredit Herli 2006-cı ildə YouTube-ni 1.65 milyard dollara Google korporasiyasına satmazdılar.
Caved Karimin 2005-ci ilin aprelin 23-də “Me at the zoo” (Zoparkda) başlıqlı 19 saniyəlik videosunu YouTube-yə yüklədiyi tarixdən çox qısa zaman keçəcək və videohostinq sözün əsl mənasında hər bir şəxsin özünü yayımlaması üçün geniş imkanlar yaradan nəhəng internet resursa çevrilərək, ənənəvi televiziyaları sıradan çıxarmağa başlayacağını təsəvvür etmək çətin idi.
YouTube-nin ənənəvi televiziyaların qəbirqazanına çevrilməsi heç şübhəsiz ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnının adı ilə bağlıdır. Siyasi fəaliyyətinin ilk illərində siyasətçidən daha çox bloqçu kimi fəaliyyət göstərən Navalnı avtoritar rejimlə mübarizədə əsas vəzifənin iqtidarın tam nəzarətində olan televiziyaların zərərsizləşdirilməsindən ibarət olduğunun fərqində idi. Həmin dövrdə Rusiya müxalifətinin əksər hissəsi, xüsusilə də müharicətdə olan siyasətçilər peyk televiziyasının yaradılmasına çalışdırdılar. Navalnı isə fərqli yolla gedərək YouTube-ni televiziyaya çevirmək qərarına gəlir. Ümumiyyətlə, bütün dünyada sosial şəbəkələrdən, o cümlədən YouTube-dən Navalnı qədər uğurla istifadə edən ikinci bir siyasi xadimə rast gəlmək mümkün deyil. Onun öz adı ilə yaratdığı YouTube kanalının abunəçilərinin sayı artıq 2 800 000-ni keçib. Bu kanalla yayılan videolara ümumi baxış sayı yarım milyarddan çoxdur.
“Aleksey Navalnıy” YouTube kanalının ən böyük uğuru isə Rusiyanın sabiq prezidenti, hazırkı baş nazir Dmitri Medvedev haqqında hazırladığı “On vam ne Dimon (O sizə Dimon deyil)” filmi oldu. Dmitri Medvedevin korrupsiya əməllərindən bəhs edən bu filmin baxış sayı “Aleksey Navalnıy” YouTube kanalında 31 milyondan çoxdur.
Görünür, məhz bu uğurlar Aleksey Navalnını ikinci YouTube kanalı yaratmağa həvəsləndirib. Çünki “On vam ne Dimon” filminin yayıldığı tarixdən, yəni 2 Mart 2017-ci ildən 12 gün sonra “Navalnıy LİVE” adlı ikinci kanalın yaradılması birinci kanalın uğurlu olmasının nəticəsidir. 2017-ci ilin mart ayının 14-də yaradılan “Navalnıy LİVE”nin abunəçilərin sayı artıq bir milyona yaxınlaşıb. Bu kanalla yayılan və ən çox izlənilən film isə Rusiyanın baş prokuroru Yuri Çaykanın oğlanları Artyom və İqorun biznes və cinayətkar əməllərindən bəhs edən “Çayka” filmidir. Bu filmə baxış sayı bir milyona yaxın olub.
Aleksey Navalnının yeniyetmə qızı Daşanın da öz YouTube kanalı var. Hazırda 50 minə yaxın abunəçisi olan “Daşa Navalnaya” kanalı 2014-ü ilin martında yaradılıb və bu kanal üzərindən yayılan videolara ümumi baxış sayı milyon yarımdan artıqdır.
Aleksey Navalnının sayəsində YouTube kanalları Rusiyada milyonlarla insanın alternativ informasiya mənbəyinə çevrildikdən sonra çoxsaylı YouTube kanalları yaradılıb.
Rusiyanın məşhur jurnalistlərindən hesab olunan Kseniya Sobçakın YouTube kanalının izləyiciləri 800 mini, Aleksandr Nevzorovun YouTube kanalının izləyiçilərinin sayı isə yarım milyonu çoxdan ötüb.
Rusiyada populyar olan YouTube kanalları arasında Azadlıq Radiosunun, Exo Moskva Radiosunun, “Nastoyaşye Vremya” media layihəsi kanllarının da adları var. Çox maraqlıdır ki, Azadlıq Radiosunun Qazaxıstan bürosunun YouTube kanalının abunçilərinin sayı radionun rus bürosunun YouTube kanalının abunçilərinin sayı qədərdir. Ümumiyyətlə, Qazaxıstanda YouTube kanalları çox populyardır.
Rusiya, Qazaxıstan və digər postsovet ölkələrində YouTube kanallarının populyarlaşması azad medianın olmaması ilə bağlıdır. Rusiyada isə, yuxarıda qeyd etdiyim kimi, Aleksey Navalnının sayəsində YouTube kanalları ənənəvi televiziya kanalları ilə rəqabət aparmağa başlayıblar. Hətta mart ayında aparılan bir araşdırma zamanı məlum oldu ki, YouTube-dəki reklamın həcmi televiziyaya verilən reklamları üstələyib. May ayında aparılan araşdırma isə YouTube izləyicilərinin sayının televiziya tamaşaçılarının sayını üstələdiyini üzə çıxardı. Bundan sonra televiziya tamaşaçılarının sayı azalmaqda, YouTebe kanallarını izləyicilərin sayı isə artmaqda davam edəcək.
Azərbayanda da ənənəvi televiziya kanalları ilə YouTube arasında rəqabət ikincinin xeyrinə dəyişməkdədir. YouTube-nin Azərbaycan seqmentində liderlik Azadlıq Radiosuna məxsusdur. Azadlıq Radiosunun Azərbaycan bürosunun YouTube kanalının abunəçilərinin sayı 400 minə yaxınlaşır. Bu kanalla yayılan bəzi videoların baxış sayı isə üç milyona yaxındır.
Kanal 13 internet televiziyasının YouTube kanalının abunəçilərinin sayı da 400 minə yaxınlaşmaqdadır.
Üçüncü yeri Meydan TV tutur. Bu kanalın abunəçilərinin sayı 300 minə çatır.
Azad Soz, Azərbaycan Saatı, Made in Azerbaijan, OSMANQIZI TV kimi YouTube kanalları da populyarlaşmaqdadır və onların hər biri 100 min abunəçi limitini çoxdan keçib.
Fikir azadlığının məhdudlaşdırıldığı, azad medianın boğulduğu postsovet məkanı ilə yanaşı, qismən azad hesab olunan məmləkətlərdə də YouTube kanalları məşhurluq qazanır. Türkiyədə son bələdiyyə seçkiləri zamanı iqtidarın nəzarətində olan medianın birtərəfli mövqe tutması YouTube kanallarının sürətlə izləyici qazanmasına səbəb oldu.
YouTube kanalların hakimiyyətlərin nəzarətindən kənarda yaranması və maliyyə asılılığının olmaması hər bir şəxsə istədiyi videonu istədiyi anda, istədiyi yerdən yayımlamağa imkan verir. Eyni zamanda izləyiçi YouTube kanallarında yayılan videoları istədiyi zaman, istədiyi yerdə izləmək imkanına malikdir. Ənənəvi televiziya kanallarından fərqli olaraq YouTube kanallarını müxtəlif mobil cihazlardan, telefon, planşet, noutbuk, fərdi kompüter və internetə çıxışı olan televiziyalardan da izləmək mümkündür. Televiziya kanalları belə imkanlara malik olmadıqları üçün yaxın tarixdə səhnədən getməyə başlayacaq. Ona görə də YouTube-ni televiziyaların qəbirqazanı hesab etmək olar.
YAZARLAR

Tarix: 16-07-2019, 12:08