Dünya ulduzunun bacısı ona görə intihar edibmiş - Məktubunda nələr yazıb?
Hollivud aktrisası, romantik Hollivud komediyalarının və melodramlarının ulduzu Culiya Roberts “Gözəlçə” filmindən sonra parladı.
Ardınca “Qaçan gəlin” və “Liz Hilbertin “Ye dua et, sev” filmi. Bu üç film aktrisanı elə parlatdı ki... O vaxtdan sönmür.
Uşaqlığı və ailəsi
Məşhur amerikalı aktrisa, cazibədar Culiya Fiona Roberts 1967-ci il Corciya ştatındakı Smirna şəhərində oktyabrın 28-də Betti və Uolter Robertslərin ailəsində dünyaya gəlib. Valideynləri hər ikisi həvəskar aktyor və ssenaristlərdir. Anası Culiyaya hamilə olanda onlar Antlantda aktyor və dramaturqlar üçün kurslar açmışdılar. Dekatur şəhərində isə uşaqlar üçün aktyorluq məktəbinin əsasını qoyublar.
1972-ci ildə Uolterlə Betti ayrılırlar. Culiya anası ilə qalır. Tezliklə, anası başqa ərə gedir. Atalıq atasından fərqli olaraq işlək adam deyildi. Əlini-qolunu sallayıb bütün gün işsiz-gücsüz dolaşardı. Culiyanın ondan heç xoşu gəlmirdi. İki bacısı, anası, atalığı ilə yaşayan Culya sonralar heç vaxt mətbuatda ailəsi barədə açıqlama verməyib. Görünür, buna səbəb var. Bu barədə bir qədər sonra.
Tezliklə, onların ailəsində daha bir uşaq dünyaya gəlir. Altı illik evlilikdən sonra ailə dayaqları laxlayır, Culiyanın anası bu əri ilə də ayrılır. Sonralar Betti bu evliliyi həyatının ən böyük səhvi adlandırıb.
Culiyanın doğma atası isə onun 13 yaşı olanda xərçəngdən dünyasını dəyişib.
Culiya dərsdən sonra restoranlarda ofisiant işləyirdi ki, öz ehtiyaclarını ödəsin. Qazandığı pulla isə müxtəlif kurslara yazılırdı. Məktəb orkestrində klarnetdə çalır, əlavə biologiya dərslərinə qatılırdı. Arzusu veterinar olmaq idi axı. Məktəbi bitirəndən sonra gələcək aktrisa Corciya Universitetinə daxil olub. Universiteti oxuduğu illərdə isə həyata baxışı tamam dəyişdiyindən onu başa vurmaqdan vaz keçir. Nyu-Yorka köçüb bir model agentliyi ilə müqavilə bağlayan gənc qız aktyorluq kurslarına da yazılır.
Əxlaqsız “Gözəlçə” ilə gələn populyarlıq
Belə başlayır onun aktrisalıq karyerası. 1988-ci ildə ilk dəfə ekranlara çıxır Culiya, həm də “ Həzz” komediya müzıklında Deril obrazı ilə.
Onu dünyaya tanıdan filmi isə “Gözəlçə” oldu. Riçard Girlə Culiya Roberts bütün dövrlərin ən uğurlu kinoduetlərindəndir. Film dərhal Culiyaya uğur gətirdi. Həm də ona xərclənən vəsaitdən dəfələrlə artıq qazanc verdi. Bütün dünya kinoteatrlarında arzuolunan film idi. 1990-cı ildə ekranlara çıxan “Gözəlçə” filmi Culiyanı bütün dünyaya tanıtdı. Culiyanı aktrisa elədi. Onu küçədə barmaqla göstərir, jurnalların üz qabığı üçün şəklini çəkmək təklifləri gəlir, televiziyalara dəvət olunurdu. Filmlər isə bir-birinin ardınca onu gözləyirdi. Bütün bunlar iki saat çəkən “Gözəlçə” filmindən sonra oldu.
Bu filmdən sonra “Düşmənlə eyni yataqda” filmində Culiya yenidən tamaşaçılarını heyran edir. Bir sözlə, 90-cı ilin ikinci yarımilliyi də dünya kino aləmində Culiyanın oldu. “Piter” Pen”, “Meri Rayli”, “Analıq”, “Ən yaxşı dostun toyu” filmləri ilə.
Arzuladığı “Ən yaxşı aktrisa” siluetini Stiven Soderberqin “Erin Brokoviç” dramasındakı baş rola görə aldı.
Culiya Roberts çox dostpərəst qızdır. Filmlərində də oynadığı obrazların bəziləri onun iç dünyasından xəbər verir. Hollivud ulduzlarından heç biri Culiya kimi dost xatirinə, təmənnasız filmə çəkilməz. Bunu Culiya bacarır.
Hətta filmlərindən birinin çəkilişindən sonra onun bu filmə qəpik-quruşa çəkildiyi barədə söz-söhbət yayılır. Jurnalist Culiyadan bu barədə soruşanda isə aktrisa – mən Soderberqlə 20 dollara da işləyərdim, amma bunu mənim prodüserim eşitməsin-cavabını verir.
Corc Kluninin “Təhlükəli adamın etirafı” filminə görə Culiya Hollivud üçün çox ucuz - 250 min dollara çəkilib. Büdcəsi çox aşağı olan filmdə çəkilməyə Dostu Corc Kluninin xatirinə razılıq verib. Bununla belə, ən yüksək qonorara çəkilən aktrisa da olur. “Yaxınlıq” filmində çəkildiyi bir kadra görə Culiya Hollivudun ən yüksək qonorar alan aktrisası olub. “Mona Lizanın təbəssümü” filminə isə aktrisa 25 milyon dollara çəkilib. Bundan əvvəl onun rekordu 20 milyon dollar olub. “Erin Brokoviç”, “Meksikalı” filmlərinə görə 20 milyon dollar alıb.
Son ən yaxşı rollarından biri Elizabet Hilbertin əsəri əsasnda “Ye, dua et, sev” filmindəki jurnalist Liz obrazıdır
Sevgili Culiya
Aktrisa sevməyi çox sevir, ya da sevgili olmağı. Sevgililərini də tez-tez dəyişir, paltar kimi. Kifer Sazerland, Metyu Peri, Daniel Day-Luis, Laym, Nison, Benjamin Brett – bunlar hamısı onun sevgili olduğu kişilərdir.
İlk kəbinli əri isə müğənni Layl Lobett olub. 1993-cü ildə Layl Lobettlə üç həftəlik romandan sonra gizlicə evləniblər. 1995-ci ildə isə Laylın “ona lazımınca diqqət ayırmadığı üçün” boşanıblar, amma isti münasibətlərini saxlamaq şərtiylə. “Analıq” filmində Culiyanın oxuduğu mahnını Layl məxsusi onun üçün bəstələyib.
İkinci əri kinooperator Deniel Moder olub. 2002-ci ilin yayında toyları olub. İki il sonra əkiz uşaqları dünyaya gəlib. Oğlanın adını Finneas, qızın adını Xeel qoyublar. 2008-ci ildə isə onların üçüncü uşaqları doğulub. Bu oğlanın adını isə Daniel Moder qoyublar.
2014-cü ildə Culiyann 37 yaşlı bacısı vanna otağında ölü tapılıb. Ölünün yanında tapılan üç səhifəlik məktubda bacısı ölümündə Culiyanı günahlandırır. Yazır ki, o məni öz təhdidləri, psixoloji təlqinləri ilə ölümə məcbur etdi. Guya Nensinin artıq çəkisini Culiya hər addımda ona töhmət edirmiş. Yazıq buna görə ailəsi barədə açıqlama verməyi sevmirmiş.
Son vaxtlar aktrisa elə də çox çəkilmir filmlərə. Daha çox seriallara çəkilir. İndi Culiya ailəsi ilə Nyu-Yorkda malikanəsində yaşayır. Xeyriyyə işləri ilə məşğul olur. Uşaqlarının tərbiyəsi və şəxsi kinostudiyası olan “Red Om Films” ona hər şeydən önəmlidir. 2017-ci ilin oktyabrında Culiya Roberts 50 illiyini qeyd etdi. Aktrisa gözəllik sirrini heç vaxt gizlətmir. Hər zaman idmana getdiyini, üz maskalarından, günəşdən qoruyan kremlərdən və gün eynəyindən istifadə etdiyini deyir.
REDAKTOR SEÇİMİ / MƏDƏNİYYƏT
Tarix: 15-07-2019, 20:25