mobil versiya

Kredit ödənişləri ilə bağlı Milli Məclisdə MÜHÜM TƏKLİF: 3 ay müddətində...




“Kredit ödənişlərinə 3 ay güzəşt tətbiq olunmalıdır”.

Publika.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin plenar iclasında deyib.


V.Bayramov bildirib ki, bununla bağlı Mərkəzi Bank da müvafiq addımlar atmalıdır: “Dünya bankları artıq bu istiqamətdə addım atır. Düşünürəm ki, bizdə də kommersiya bankları bu addımı atmalıdır. Koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlər ödənişlərə də təsirsiz ötüşməyəcək. Hesab edirəm ki, Mərkəzi Bank da kommersiya banklarına müvafiq güzəştlər edərək likvidliyi qoruya bilər”.

Deputat gecikmələrə görə bankların əlavə faiz tətbiq etməməklə bağlı təşəbbüs göstərməsinin də vacib olduğunu deyib.

BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 23-03-2020, 13:25