Bu ölkədə qiymət artımına görə cinayət işləri açıldı
Belarusun Dövlət Nəzarəti Komitəsi prezident Aleksandr Lukaşenkonun ölkədə qiymət artımına qadağa qoyulması barədə sərəncamından sonra bir sıra belə halların üstü açılıb.
Lent.az-ın məlumatına görə, “Belarus 1” telekanalı xəbər verir ki, ilk cinayət işlərinin qiymət artımı faktları ilə bağlı başlandığı qeyd edilir.
Komitənin əməkdaşları ölkənin şimal-qərbində yerləşən Lida şəhərindəki mağazalardan birində qanun pozuntuları aşkar ediblər. Məlum olub ki, məhsulların maya dəyərinin artırılmasına qadağa qoyulan oktyabrın 6-dakı qiymət etiketi ilə müqayisədə orada kolbasa qiymətləri artıb. Daha bir cinayət işi Moqilyov vilayətində başlanıb.
Bundan əvvəl “BusinesDrom” analitik agentliyinin baş direktoru Pavel Samiyev bildirmişdi ki, ölkə prezidentinin qiymət artımı ilə bağlı qoyduğu qadağalar uzanarsa, Belarus mal qıtlığı və “qara bazar”ın yaranması ilə üzləşə bilər.
DÜNYA
Tarix: 10-10-2022, 13:33