Mask onu tənqid edən Kasparovu axmaq adlandırdı

“Bəs niyə insanlar Silikon Vadisindəki rahat malikanələrində oturub Ukraynaya nə edəcəklərini deyirlər?”, - Kasparov CNBC-yə bildirib və əlavə edib ki, o, İlon Maskın davranışını “mənəvi axmaqlıq” və “geosiyasi korluq” hesab edir.
Mask isə buna cavab olaraq sosial mediada yazıb ki, Kasparov şahmatı demək olar ki, onun “iPhone”u qədər yaxşı oynasa da, “qalan məsələlərdə o, axmaqdır”.
“Mənim evim yoxdur, qaldı ki malikanəm, axmaq”, - deyə iş adamı əlavə edib.
DÜNYA
Tarix: 25-10-2022, 10:00