mobil versiya

Mask bir tvitə görə 14 milyard dollar itirdi




“Tesla” şirkətinin qurucusu İlon Mask Tvitterdə yazdığı bir statusa görə sahibi olduğu şirkət 14 milyard dollar dəyər itirib.

Mask tvitində “Məncə, “Tesla”nın hissə dəyəri çox yüksəkdir” yazıb.

“Wall Street Journal” qəzeti ondan zarafat edib-etmədiyini soruşub. O, isə “Xeyr” cavabını verib.

Bu tvitdən sonra “Tesla”nın dəyəri 14 milyard dollar azalıb.

Qeyd edək ki, daha öncə 2018-ci ildə Mask Nyu-York Birjasının gələcəyi ilə bağlı proqnoz verdiyi üçün 20 milyon dollar miqdarında cərimələnmişdi.

SON XƏBƏR / KARUSEL
Tarix: 2-05-2020, 17:54