mobil versiya

Əfqanıstan əhalisinin 97 faizi yoxsulluq içindəyaşayıq


 Əfqanıstan dünyadakı qaçqın və köçkünlərin 70 faizindən çoxunun məskənidir. 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi deyib ki, Əfqanıstandan başqa iqlimə həssas olan digər ölkələrdə, o cümlədən Konqo Demokratik Respublikası, Suriya və Yəmən də çoxlu sayda köçkünlərə malikdir.
BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) hesabatına görə, 2020-ci ildə yoxsulluq səviyyəsi 47 faiz təşkil edib, 2021-ci ildə 70 faizə, 2022-ci ildə isə 97 faizə yüksəlib. Bu məlumat Əfqanıstan əhalisinin 97 faizinin yoxsulluq həddində yaşadığını göstərir. Əfqanıstan dünyanın ən pis humanitar böhranlarından biri ilə üz-üzədir.
“Taliban” 2021-ci ilin avqustunda hakimiyyəti geri aldıqdan sonra Əfqanıstanda iqtisadi perspektivlərin itirilməsi və əhəmiyyətli sayda insan resurslarının miqrasiyasına görə yoxsulluq və işsizlik güclənib.
 
DÜNYA
Tarix: 10-11-2022, 20:06