mobil versiya

ABŞ-ı gələn ay DƏHŞƏTLİ GÜNLƏR gözləyir: 25 milyondan çox insan...




ABŞ-da iyun ayına qədər işsizlik səviyyəsi 16-20 faizə qədər arta bilər.

Bu barədə prezident Donald Trampın iqtisadi müşaviri Kevin Hasset deyib.

Onun sözlərinə görə, hesablamalar 1930-cu ildən indiyə qədər işsizlik səviyyəsinin ən yüksək həddə çıxacağını deməyə əsas verir.

“May və iyul aylarında iqtisadi göstəricilər indiyə qədər gördüyümüz ən pis rəqəmlər olacaq”, - o bildirib.

Qeyd edək ki, ABŞ-da koronavirus yayılmağa başladığı mart ayından etibarən işsizlik və yoxsulluq sürətlə artır. 14 martdan indiyə qədər 25 milyondan çox insanın işsiz qaldığı deyilir. //Publika.az
SON XƏBƏR / GÜNDƏM
Tarix: 30-04-2020, 11:00