Çin peykinin orbitə buraxıldıqdan dərhal sonra fəaliyyətində problemlər yaranıb
Çinin telekommunikasiya peyki “ChinaSat-18” avqustun ortalarında orbitə çıxdıqdan dərhal sonra gözlənilən nəticəni verməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, peykin kosmosda günəş panelləri açılmayıb, eyni zamanda manevr edə bilməyib.
Raketdən ayrıldıqdan sonra peyk işləyən geostasionar orbitə (dairəvi orbitə 35,786 kilometr yüksəkliyə) keçmək üçün manevrlər etməli idi, lakin bu baş vermədi.
Peyk avqustun 19-da Siçan kosmodromundan “Changzheng-3V” vasitəsi ilə orbitə buraxılıb. Bu, modernləşdirilmiş “DFH-4E” platforması əsasında hazırlanan ilk cihaz olub.
Qeyd edək ki, “China Satcom” şirkəti tərəfindən buraxılan peyk 250 milyon dollar dəyərində sığortalamışdı. Həmçinin risklərin beynəlxalq bazarda da təkrar sığortalandığı bildirilir.
Rəşad Sarıyev /APA/
DÜNYA / İQTİSADİYYAT

Tarix: 30-08-2019, 07:56