mobil versiya

Honkonqda jurnalist etirazçılar tərəfindən döyülüb


Honkonqda keçirilən etiraz aksiyasında Çinin “Golab Times” qəzetinin əməkdaşı Fu Quohao döyülüb.
AZƏRTAC xəbər verir ki, hadisə avqutsun 13-də axşam gecə saatlarda aksiyaların ən çox keçirildiyi məkanlardan olan Honkonq beynəlxalq hava limanında baş verib. Aksiya iştirakçıları jurnalistin onların şəkillərini çəkməsinə etiraz ediblər. Daha sonra onun çantasını əlindən alıb yoxlayarkən, üzərində “Mən Honkonq polisini sevirəm” yazılmış idman köynəyini tapan etirazçılar qəzəblərini boğa bilməyib və jurnalistin əllərini bağlayaraq döyüblər. Etirazçılar ilkin tibbi yardım həkimlərinin işinə də mane olmağa çalışıblar.
Bildirilir ki, aksiyalar zamanı bir turist də xəsarət alıb.
Qeyd edək ki, son aylar Honkonqda ekstradisiya haqqında qanuna təklif olunan düzəlişə etiraz olaraq aksiyalar keçirilir. Aksiya iştirakçıları Honkonq ərazisində olan və cinayət törətməkdə şübhəli bilinən şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinin materik hissəsinə və ekstradisiyaya dair sazişin olmadığı ölkələrə göndərilməsini nəzərdə tutan qanun layihəsinin ləğvini, habelə aksiyaların zorla dağıdılmasında iştirak edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəzalandırılmasını tələb edirlər. Aksiyaların gedişində dəfələrlə polis ilə etirazçılar arasında qarşıdurma yaranıb, xəsarət alanlar olub. Polis qanunsuz aksiyları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur qalıb.

SİYASƏT / DÜNYA
Tarix: 14-08-2019, 08:54