mobil versiya

Qorxmaz Əlili fəxri ad almasına etiraz etdi: "60 yaşdayam, artıq gecdir ..."



"Açığını deyim, mən bu addan qaçırdım. İstəmirdim, hirsləndim. Artıq 60 yaşdayam, gecdir... Naz etmirəm, dostlarım məni yaxşı tanıyır, olanı deyirəm. Vaxt-zaman keçir, bəlkə də sakitləşirəm".

Hurriyyet.org Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri dünən "Əməkdar artist" fəxri ada layiq görülən aktyor və şoumen Qorxmaz Əlilicanzadə (Əlili) deyib.

Q.Əlilicanzadə fəxri adla təltif edildiyinə görə, minnətdarlıq da edib:
"Bizim möhtərəm prezidentimizə və silahdaşı Mehriban xanıma minnətdaram. Kinostudiyanın direktoru Müşfiq müəllimə də minnətdarlığımı bildirmək istəyirəm. Sağ olsun ki, mənim təqdimatımı verdi. Düzdür fəxri ad sənət adamına stimul verir".

Qeyd edək ki, Q.Əlilicanzadə soyadının anonslarda düzgün səsləndirilməməsinə etiraz əlaməti olaraq "Hər şey daxil" verilişinə gəlməkdən imtina etmişdi. Lakin canlı yayımlanan proqramın ortasında verilişə qatılmağa qərar verib.

MƏDƏNİYYƏT
Tarix: 4-08-2019, 09:15