"Bir çox ailə başçıları məni..." - Sevinc-Sevil yazdı
Müğənnilər Sevil və Sevinc Səfərova bacıları izləyicilərinə müraciət ediblər. Lent.az -ın məlumatına görə, ifaçı ona təhqir yazanlara səslənib: “Düzdür, bir çoxlarınız bizim həyatımıza bəxtəvərçilik yağdırırsınız, amma inanın, heç elə deyil. Hər dəfə səhnəyə çıxanda on il qocalırıq. Həyəcan, stress, məsuliyyət, toyun yaxşı keçməsini düşünürük. Səni sevən də var, sevməyən də. İnanın, hər peşə özlüyündə çətindir. Bir çox ailə başçıları məni yaxşı anlayar. Hər kəs ailəsinin yaxşı yaşamasını istəyir və bunun üçün əlindən gələni edir”.
CƏMİYYƏT
Tarix: 15-07-2019, 20:21