Sənət fədailəri və ya unudulmağa məhkum olanlar
(Gürcüstan Respublikasının əməkdar artisti ReyhanTağıyevanın əziz xatirəsinə)
Bu günün istedadı, sabahın peşəkar aktrisası, səhnə ustası. Hər kəs haqda bu fikirləri söyləmək olmur. Elə aktyor var ki, onun yaradıcılığı bir teatrın yaradıcılıq yoludur. Səhnəyə gətirdiyi hər bir yenilik bir teatrın tarixi ilə üzvü şəkildə bağlıdır. Hər zaman səhnədə yaratdığı obrazları ilə diqqət mərkəzində olmağı bacaran aktyor ölməzdir. Sənəti və yaradıcılığı ilə hər kəsin, xüsusilə də öz pərəstişkarlarının qəlbində əbədi yaşamağı bacarır. Ancaq çox zaman da həyatın ən keşməkeşli və ağır günlərini yaşayır. Öz sənətini qorub saxlayır və bütöv bir teatrın tarixində sənətinin məktəbini yarada bilir. Lakin təəsüüf hissi ilə qeyd etmək istəyirəm ki, çox zaman isə belə sənətkarlar nədənsə unudulmağa məhkum olur. Xatırlanmır və zaman ötdükcə isə yaddaşlardan silinir. Təəssüf ki, bu silsilə sənətkarlarımız daha çoxluq təşkil edir. Bu silsiləyə daxil olanlardan biri də bu gün haqqında söhbət açmaq istədiyim, Gürcüstan Respublikasınınəməkdar artisti Reyhan Tağıyevadır. O Reyhan Tağıyeva ki, Tiflis Azərbaycan Teatrının ilk aktrisalarından biri olub.
Reyhan Qəmbər qızı Tağıyeva 21 mart 1910-cu ildə Tiflisdə dünyaya gəlib. Burada gimnaziya tipli məktəbdə ibtidai təhsil alıb. Bu illərdə Tiflisdə qadınlar klubunda qızların dram dərnəyi fəaliyyət göstərib. Məhz 15 yaşında olarkən ilk dəfə olaraq bu dərnəkdə Üzeyir Hacıbəylinin “Məşədi İbad” və “Arşın mal alan” komediyalarında Qoçu Əsgər və Soltan bəy obrazlarında çıxışlar edib.
Qeyd etmək lazımdır ki, həmin dövrdə Tiflis Azərbaycan Teatrının məşhur truppaları birləşərək 1922-ci ildə dövlət teatrı kimi fəaliyyət göstərib. 1927-ci ildə daha da möhkəmlənən aktyor truppası kimi fəaliyyət göstərən Tiflis Dövlət Azərbaycan Dram TeatrınaMirzəli Abbasov və İbrahim İsfahanlının dəvəti ilə Reyhan Tağıyeva aktrisa olaraq gəlib. İyirmi illik səhnə fəaliyyəti dövründə bu teatrın səhnəsində bitgin obrazlar qaleriyası yaradan Reyhan Tağıyeva 1947-ci ildə Gürcüstan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Aktrisa məhz bu teatrın səhnəsində Cəfər Cabbarlının “Yaşar”da Tanya, “Od gəlini”də Gülgün, “Almaz”da Yaxşı, Hüseyn Cavidin “Knyaz”da Ana, Üzeyir Hacıbəylinin “Arşın mal alan”da Telli, Sabit Rəhmanın “Toy”da Zalxa, Rza Şahvələdin “Dağlılar”da Ana, Heydər İsmayılovun “Koroğlu”da Gülsənəm, Rəsul Rzanın “Vəfa”da Ülkər xala, Süleyman Rüstəmin “Qaçaq Nəbi”də Leyla, Konstantin Trenyovun “Düşmənlər”də Baronesa, Tur qardaşları və Lev Şeyninin “Üzləşdirmə”də Vera, Konstantin Simonovun “Vətən oğlu”da Yasəmən obrazlarını böyük sevgi və məhəbbətlə yaratmağa müvəffəq ola bilib.
Tiflis Dövlət Azərbaycan Dram Teatrı 1947-ci ildə fəaliyyətini dayandırıb. Bundan sonra Reyhan Tağıyeva Azərbaycana gəlib. Bu illərdən başlayaraq o, əvvəl Zaqatala, sonradan isə Ağdaş Dövlət Dram teatrlarında aktrisa olaraq fəaliyyətini davam etdirib. O, 1949-cu ilədək aktrisa kimi bu teatrlarda çalışıb. Azərbaycanda bir çox teatrlar maliyyə çətinliyinə görə bir-birinin ardınca bağlandığından 1949-cu ildən Reyhan Tağıyeva Ağdaş kinoteatrının direktoru kimi fəaliyyət ğöstərib.1950-ci ilin sonlarında Gəncə Dövlət Dram Teatrının direktoru,
respublikanın xalq artisti Məhəmməd Burcəliyevin dəvəti ilə bu teatra gəlib və ömrünün sonuna kimi burada aktrisa olaraq fəaliyyətini davam etdirib.
Sənətşünaslıq doktoru, professor İlham Rəhimli aktrisa Reyhan Tağıyevanın yaradıcılığına nəzər salarkən yazır: “Reyhan Tağıyevanın Gəncə Dövlət Dram Teatrında oynadığı rollar bədii dəyəri və əlvanlığı ilə seçilir. Ən əsası odur ki, aktrisanın ifasında, obrazların xarakterindən asılı olmayaraq, güclü səmimilik və cazibəli emosional təsir gücü vardı.”
Qeyd etmək lazımdır ki, aktrisa Reyhan Tağıyeva Gəncə Dövlət Dram Teatrının səhnəsində Azərbaycan klassik və çağdaş dramaturqların pyeslərində maraqlı obrazlar qaleriyası yarada bilib. Onun ifasında Mirzə Fətəli Axundzadənin “Xırs quldurbasan”da Zalxa, “Lənkəran xanın vəziri”də Pəri xanım, Süleyman Sani Axundovun “Eşq və intiqam”da Xalisə nənə, Hüseyn Cavidin “Səyavuş”da Qarı, Sabit Rəhmanın “Nişanlı qız”da Ceyran, “Əliqulu evlənir”də Gövhər, “Toy”da Zalxa, Cəfər Cabbarlının “1905-ci ildə”də Gülsüm, “Yaşar”da Şərəbanı, “Solğun çiçəklər”də Gülnisə, “Almaz”da Kərbəlayı Fatmanisə, Səməd Vurğunun “Vaqif”də Saray quşu, Altay Məmmədovun “Həmyerlilər”də Zəhra, İlyas Əfəndiyevin “Atayevlər ailəsi”də Zabitə, Məcid Şamxalovun “Qaynana”da Cənnət xala və başqa obrazları hər zaman maraqla izlənilən surətlər silsiləsinə daxildir.
Söhbət çağdaş dramaturqların pyeslərindən düşmüşgən qeyd etmək lazımdır ki, Məcid Şamxalovun 4 pərdəli, 7 şəkildən ibarət olan “Qaynana” komediyası ilk olaraq Azərbaycan teatr ictimaiyyəti tərəfindən çox zəif bir pyes kimi səciyyələndirilərək səhnəyə qoyulmasının mümkünsüzlüyü bildirilirdi. İlk dəfə olaraq bu pyesə məhz 26 iyun 1957-ci ildə Gəncə Dövlət Dram teatrında rejisor, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayevin müraciət etməsi ilə Azərbaycan teatrında cəsarətli addımın atılması həmin pyesin uğurlu səhnə həyatı yaşamasının qarantına çevrilə bilib. Qeyd edim ki, tamaşanın quruluşçu rejisoru Həsən Ağayev, rəssamı, əməkdar incəsənət xadimi Bəhram Əfəndiyev, bəstəkarı isə xalq artisti Şəfiqə Axundova olub. Azərbaycan səhnəsinin ilk Qaynanası-Cənnət xala obrazını isəReyhan Tağıyeva ifa edib. Tamaşa boyu aktrisa Reyhan Tağıyeva Cənnət xalanın varlığını, bəd xasiyyətini, pula, var-dövlətə hərisliyini, xəsisliyini bütün incəliklərinə qədər açıb göstərməyə nail ola bilib. Səhnədə tamaşaçı Cənnət xalanın simasında ancaq özünü düşünən qəddar bir qaynana obrazını görüb. Rejisor, əməkdar incəsənət xadimi Həsən Ağayev “Qaynana”nın uğurlu səhnə traktofkası ilə bir daha quruluşunda göstərə bilib ki, həyat və insanlıq amili heç də pulda, var-dövlətdə deyil. Məhz Həsən Ağayevin bu pyesə müraciətindən sonra Məcid Şamxalovun 4 pərdəli, 7 şəkildən ibarət olan “Qaynana” komediyası Azərbaycan teatrlarında səhnəyə qoyulmağa başlayıb və bu pyesin motivləri əsasında ssenari müəllifləri Əjdər İbrahimov və Marqarita Maleyeva olan, quruluşçu rejisoru Hüseyn Seyidzadə, quruluşçu operatoru Fikrət Əsgərov, quruluşçu rəssamı Nadir Zeynalov və bəstəkarı Tofiq Quliyev olan “Qaynana” bədii filmi 1978-ci ildə ekranlara çıxıb.
Aktrisa həmçinin Gəncə Dövlət Dram Teatrının səhnəsində tərcümə əsərlərində də maraqlı obrazlar qaleriyası yarada bilib. Belə ki, Nazim Hikmətin “Kəllə”də Qapıçı, Yan Saloviçin “Qəribə dilənçi”də Doktor Plaka, Kita Buaçidzenin “Həyətdə qapan it var”da Sasena, Mustay Kərimin “Aygül diyarı”da Bakat, Bertold Brextin “Üç qəpiklik opera”da Qoca fahişə, Nikolay Qoqolun “Evlənmə”də Fekla İvanovna, Karlo Qoldoninin “İki ağanın bir nökəri”də Beatriçe
Rasponi, İlo Mosaşvilinin “Qərq edilmiş daşlar”da Qoca qarı, Riçard Şeridanın “Aldanmış adaxlı”da Dayə, Aleksandr Gizburqun “Qanq qızı”da Nobinqholi obrazları bu silsiləyə daxildir. Aktrisa Reyhan Tağıyeva hər hansı bir obrazı yaratdıqda obrazın daxili aləmini, sevinc və kədərini, cürət və tərəddüdünü, fikir ziddiyyətlərini, xarakterlər arasındakı konflikti şəxsən yaşaya-yaşaya, duya-duya yaratmağı bacarırdı. Bu kimi ifa vasitələri onun səhnədə yaratdığı bir çox obrazlarında çox aydın bir şəkildə görünməkdə idi.1981-ci ildə “İşıq” Nəşriyyatı tərəfindənprofesor Bağır BağırovunGəncə Dövlət Dram Teatrının yaradıcılıq yolu haqqındanəşr etdirdiyi “60 il xalqın xidmətində” kitabında aktrisa Reyhan Tağıyeva haqqında yazırdı: “Reyhan Tağıyeva həyati müşahidəsi geniş olan, daim düşünən, ifa edəcəyi rola yeni cizgilər, əlamətlər əlavə etməyə can atan zəhmətkeş bir aktrisa idi. Təbiilik, səmimilik, oynayacağı hər bir rola şüurlu münasibət, nikbinlik, gəncliyə həssas və qayğıkeş münasibət Reyhan Tağıyeva üçün xas məziyyətlərdəndir.”
Reyhan Tağıyeva 29 noyabr 1973-cü ildə Gəncədə vəfat edib və buradakı qədim Səbiskar qəbiristanlığında dəfn olunub. Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Reyhan Tağıyevanın vəfatından 46 il ötməsinə baxmayaraq onunla bağlı heç bir dövrü mətbuatda geniş formada yazılar dərc edilmir və ya xatirə verilişləri belə hazırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsi üçün yaşadığı binanın önündə belə xatirə-baralyef lövhəsi yoxdur. Görəsən böyük bir sənət məktəbi keçən və sözün əsl mənasında özünün möhtəşəm sənət məktəbini yarada bilən bu kimi sənət fəadilərinin unudulmasının və ya unudulmağa məhkum olunmasının əsas səbəbi nədir?
Bəlkə də elə biz, özümüzük!
YAZARLAR

Tarix: 6-08-2019, 15:53