mobil versiya

WUF13 çərçivəsində təşkil olunacaq pavilyonlarda 41 ölkə iştirak edəcək, xaricdə 165 tərcüməçi dəvət olunub



"WUF13 çərçivəsində təşkil olunacaq pavilyonlarda 41 ölkə iştirak edəcək".

Bunu mediatur zamanı WUF13 Azərbaycan Əməliyyat Şirkətinin İcraçı direktoru Adil Məmmədov deyib.
O bildirib ki, pavilyonlarda 14-ə yaxın xarici bələdiyyə nümayəndəsi iştirak edəcək.
Azərbaycan pavilyonunun sahəsi 1500 kvadratmetr təşkil edir.

O, əlavə edib ki, forumda işarət dili ilə izah da mövcuddur: "WUF13 çərçivəsində 14 otaqda media üçün canlı yayım mövcud olacaq. Xaricdə olan və qeydiyyatdan keçmiş istənilən şəxs hibrid şəkildə WUF13 sessiyasına qoşula biləcək".

"WUF13 tədbirin məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 10 hektarı nəqliyyat üçün nəzərdə tutulub".

O bildirib ki, foruma, ümumilikdə, 32 mindən çox iştirakçının qatılması gözlənilir: "WUF13 üçün 180-dən çox ölkə qeydiyyatdan keçib. Jurnalistlərin sayı isə 1200-dən çoxdur". (Apa)


Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:00