mobil versiya

DÇ-2026: ABŞ İraq millisinin 5 futbolçusuna viza verməyib





İraq millisi 2026-cı il dünya çempionatı öncəsi ciddi problemlə üzləşib.

Milli komandanın beş futbolçusu ABŞ vizası ala bilməyib. Bu barədə İraq Futbol Federasiyasının üzvü Qaleb əl-Zameli açıqlama verib.

Vizadan imtina edilən oyunçular bunlardır: İbrahim Bayeş, Mohanad Ali, Zaid Tahsen, Haydar Abdul-Karim və Ali Al-Hamadi.
Bildirilir ki, İraq Futbol Federasiyası problemin həlli üçün FİFA-ya müraciət etməyə hazırlaşır. Federasiya ümid edir ki, qurum məsələ ilə bağlı operativ həll yolu tapmağa kömək edəcək, çünki adı çəkilən futbolçuların bir çoxu yığmanın əsas üzvləri hesab olunur.
1 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq. (Komanda.az)

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:41