DÇ-2026: İraq millisi FİFA-ya müraciət edib
Lakin İraq yaxınlığında baş verən regional münaqişə səbəbindən hava məkanı bağlanıb və uçuşlar çətinləşib. FİFA iraqlılara Türkiyəyə quru yolla səfər etməyi, oradan isə Meksikaya uçmağı təklif edib.
ABŞ və İsrailin fevralın 28-də İrana hava hücumları həyata keçirməsindən sonra İraq hava məkanını bağlayıb. Buna cavab olaraq Tehran İsrailə, həmçinin, Fars körfəzi ölkələrinə, Azərbaycana – Naxçıvan Muxtar Respublikası ərazisinə raket və pilotsuz uçuş aparatları göndərib. Bu hadisələrdən sonra İraqın hava məkanı bağlanıb və komandanın səfəri çətinləşib.
“The Guardian” xəbər verir ki, bu səyahət bir gündən çox çəkəcək və komandanın avstraliyalı baş məşqçisi Qraham Arnold üçün təhlükəsizlik baxımından narahatlıq yaradır.
Bundan əlavə, bir çox oyunçu hələ də vizalarını ala bilməyib, bu da planlaşdırmanı çətinləşdirir.(Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 9-03-2026, 17:05




























