İraq Rusiyadan “S-400” almaq istəyir
İraq ABŞ-dan hava hücumundan müdafiə sistemi ala bilməsə, Rusiyaya müraciət edəcək.
Bu barədə İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Məhəmməd Rza əl-Heydər bildirib:
“ABŞ İraq üçün hava hücumundan müdafiə sistemi təmin etməsə, biz Rusiyadan “S-300” və ya “S-400” ala bilərik. İraqın öz suverenliyini, həmçinin hava məkanından olan təcavüzlərə qarşı özünü qorumağa ehtiyacı var. Daha öncə ABŞ tərəfindən təmin edilən hava hücumundan müdafiə sistemi yararsız vəziyyətdədir”.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 6-05-2020, 11:30