mobil versiya

Azərbaycan minifutbol millisi bu gün İraq ilə üz-üzə gələcək



Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında ilk oyununa çıxacaq.
Elşad Quliyevin baş məşqçisi olduğu yığma İraq ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
G qrupunda yer alan Azərbaycan millisi oktyabrın 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.

KARUSEL / İDMAN
Tarix: 27-10-2023, 09:58