İrandan Azərbaycana 40 kq narkotik keçirilməsinin qarşısı alınıb

Bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada, ümumi çəkisi 39 kiloqram 785 qram narkotik vasitəyə bənzər maddələr (39 kq 490 qram marixuana və 295 qram qablaşdırmada 500 ədəd metadon M-40 psixotrop həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
HADİSƏ
Tarix: 8-12-2022, 12:57