mobil versiya

Azərbaycanda əməliyyat - Polisə silah çəkən şəxsi tutuldu



Xızı rayonunda tapança ilə polis əməkdaşlarını hədələdiyinə görə tutulan şəxsdə narkotik aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a məlumat verilib.

Bildirilib ki, Xızı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Makarov” markalı tapança ilə polis əməkdaşlarını hədələdiyinə görə saxlanılan A.Ağayevin evinin həyətindən 540 qram marixuana aşkar edilərək götürülüb.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 30-09-2019, 13:20