mobil versiya

Qadın həbsdə olan tanışına narkotik maddə keçirmək istədi


 

Bakıda qadın həbsdə olan tanışına narkotik maddə keçirməyə cəhd göstərib.


Bu barədə reportyor.az-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilən və Müalicə Müəssisəsində saxlanılan Ağalarov Amid Zakir oğluna tanışı Bakı şəhər sakini Vəliyeva İradə Bəhlul qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatdakı coraba bükülən 4 ədəd sellofanın içərisində gizlədilib 1,764 qram “Metamfetamin”, 7,043 qram “Marixuana və 1,632 qram “Heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
KARUSEL / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 4-09-2019, 12:00