"Qalatasaray" Fatih Terimlə yollarını ayırdı
Super Liqa komandalarından olan "Qalatasaray" ardıcıl pis nəticələrdən sonra baş məşqçi Fatih Terimlə yollarını ayırmaq qərarına gəlib.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Fatih Terim klub prezidenti Burak Elmasın başçılığı ilə NEF Stadionunda keçirilən idarə heyətinin iclasında iştirak edib. Burak Elmasla görüşən Fatih Terim klubla yollarını ayırıb.
Qeyd edək ki, 2017-ci ildən kluba baş məşqçilik edən Fatih Terim 1996-2000-ci, 2022-2004, 2011-2013-cü illərdə də komandaya rəhbərlik edib.
KARUSEL / İDMAN
Tarix: 10-01-2022, 16:41