mobil versiya

Ukrayna Baş Qərargahı: "Rusiya Ukraynanın şərqində mövqelərini möhkəmləndirir"




Rusiya qoşunları Ukraynanın şərq istiqamətindəki bölmələrini gücləndirir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri Xarkov, Donetsk və Zaporojye vilayətlərində hərbi və mülki infrastruktur obyektlərinə sistemli şəkildə raket və bomba zərbələri endirməkdə davam edir. 

Donetsk və Tavriya istiqamətlərində qarşı tərəf Slavyansk, Popasna və Kuraxovo ərazilərində döyüşür, Mariupol şəhərində isə hücum əməliyyatları aparırlar. Ancaq Rusiya qoşunları heç bir uğura nail olmayıblar. Döyüşlər davam edir.

Donetsk və Luqansk vilayətləri ərazisində Ukrayna müdafiəçiləri son sutka ərzində Rusiya Silahlı Qüvvələrinin səkkiz hücumunu dəf edib, bir tankı, dörd zirehli texnikasını və altı avtomobili, həmçinin işğalçıların bir artilleriya sistemini məhv ediblər.
KARUSEL / DÜNYA
Tarix: 14-04-2022, 12:28