mobil versiya

Azərbaycan Ordusunda döyüş sursatlarının utilizasiya prosesi davam edir




Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

REPORTYOR.AZ Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, döyüş sursatlarının utilizasiya prosesi 18.04.2022-ci il tarixdən 23.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.


KARUSEL
Tarix: 17-04-2022, 18:00