Azərbaycanda daha 20 nəqliyyat vasitəsi özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib.
REPORTYOR.AZ bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, hərracda ümumilikdə 50 sifariş qəbul edilib. Satılmış avtomobillər ABŞ istehsalıdır, 2013-cü ildə buraxılıb. Onların hesabına dövlət büdcəsinə 112 min manat ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/38cy0WA)
Növbəti hərrac aprelin 26-da keçiriləcək.
KARUSEL
Tarix: 22-04-2022, 18:00