mobil versiya

Zelenski: “Xerson vilayətinin bir neçə icması azad edilib”




Ukrayna ordusu əks-hücum zamanı Xerson vilayətində bir neçə icmanı azad edib.

REPORTYOR.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenskinin müraciətində deyib.

"Rusiya ordusuna Cənubda onlarla hücum cəhdinin qarşısı artıq alınıb. Və əks-hücum sayəsində Xerson vilayətində icmaların bir hissəsi artıq azad edilib", - o deyib.

Dövlət başçısının sözlərinə görə, Donbasdakı hərbi əməliyyatlar Avropanın ən amansız döyüşlərindən biri kimi tarixə düşəcək, Ukrayna ordusu və kəşfiyyatı taktiki cəhətdən Rusiya hərbçilərini üstələyir.

Xatırladaq ki, daha əvvəl Ukrayna hərbçilərinin Donbasda üç kəndi azad etdiyi bildirilib, lakin kəndlərin adları hələ açıqlanmır.

Xerson vilayətinin Rusiya qoşunlarından azad edilməsinin mərhələli şəkildə aparılacağı da bildirilir.
KARUSEL / DÜNYA
Tarix: 14-06-2022, 09:31