mobil versiya

Ukrayna ordusu əks-hücuma keçərək Xarkovda Rusiya ilə sərhədə çatıb




Ukrayna Müdafiə Qüvvələri Xarkovun şimalında əks-hücum əməliyyatını davam etdirərək Rusiya Silahlı Qüvvələrini Rusiya sərhədinə sıxışdırıblar. Əsgərlər bir neçə yaşayış məntəqəsini azad etməyə nail olublar.

REPORTYOR.AZ UNİAN-a istinadla xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun məlumatında bildirilib.

Ukrayna ordusunun əks-hücum əməliyyatı azad edilmiş Starıy Saltovun şimalında davam edib.

Qeyd edilib ki, Rusiya qüvvələri, demək olar ki, Rusiya Federasiyasının sərhədinə geri çəkilib.
---
Tarix: 11-05-2022, 11:22