mobil versiya

SON DƏQİQƏ - Azərbaycanda bir nəfər güllələndi



Gəncə şəhərində torpaq üstündə mübahisə qanla bitib.

H adisə şəhərin dəmiryolu altı adlanan ərazisində qeydə alınıb.

İkin məlumatlara görə, torpaq sahəsində tikinti aparılan zaman başqasının ərazisinə keçməsi ev sahibinin qəzəbinə tuş gəlib.

Nəticədə tikintini apar fəhlə qoşa lüllə silahı ilə öldürülüb.

Əraziyə Gəncə şəhər Prokurorluğunun və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Ölən şəxsin kimliyi dəqiqləşdirilir.//baku.ws



KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 11-10-2019, 17:06