mobil versiya

Ərinə psixotrop maddə aparan qadın ələ keçdi - FOTO



Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə REPORTYOR.AZ-a  Penitensiar Xidmətdən məlumat daxil olub. 

Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Babayev Taleh Taleh oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Ağdam şəhər sakini Babayeva Jalə Vəli qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd bükülüdə 0,048 qram psixotrop maddə “metamfetamin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 14-10-2019, 17:51