mobil versiya

Fədayə Laçın bu tarixdə azadlığa buraxılacaq



Həbsdə olan müğənni Fədayə Laçın bu il oktyabrın 30-da cəza müddəti başa çatdığı üçün azadlığa buraxılacaq.

RPORTYOR.AZ xəbər verir ki, bu barədə Trend-ə F.Laçının vəkili Türkel Süleymanlı deyib.

Onun sözlərinə görə, müğənni barədə sanksiya 2017-ci il oktyabrın 30-da verilib və cəza müddəti də həmin vaxtdan hesablanır:

"Hətta hansısa vətəndaş, təqsirləndirilən şəxslərdən də kimsə şikayət etsə, bu, qərarın icrasına mane olan hal deyil.
İş Ali Məhkəməyə getsə belə, Apellyasiya Məhkəməsinin qərarı icra olunacaq və Fədayə xanım məhkəməyə azadlıqdan gedəcək. Çünki müvəkkilim oktyabrın 30-da cəzasını tam olaraq çəkmiş sayılacaq”.

Vəkil bildirib ki, bu həftə Fədayə Laçına baş çəkəcək: "Ümumi vəziyyəti kafidir, amma müalicəyə ehtiyacı var. Görüşəndə Fədayə Laçınla bəzi məsələləri müzakirə edəcəyik".

Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.

KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 15-10-2019, 12:35